Hüseynov derbidə toru silkələdi, Azərbaycan əsgərinə salam yolladı – Bolqarıstandan VİDEO

29 Sentyabr 2023 09:00 Bizimkilər 788
Hüseynov derbidə toru silkələdi, Azərbaycan əsgərinə salam yolladı – Bolqarıstandan VİDEO

Bolqarıstan çempionatında 11-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" səfərdə "Krumovqrad"la qarşılaşıb.

Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Cəlal Hüseynov da Kırcalı derbisinin iştirakçısı olub. 20 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. Gənc oyunçu komandasının ilk qolunun müəllifi olub.

Millimizin üzvü qol sevincini əsgər salamı ilə qeyd edib, O, qolunu ntiterror əməliyyatında şəhid olmuş hərbi qulluqçularımıza həsr edib.

9 oyun keçirən "Arda" 19 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı