Azərbaycandan Türkiyəyə gedən olacaq - "Beşiktaş" üçün

29 Sentyabr 2023 03:00 Bizimkilər 764
Azərbaycandan Türkiyəyə gedən olacaq - "Beşiktaş" üçün

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, Türkiyədə yerli “Beşiktaş” və İsveçrənin “Luqano” komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin II tur oyununda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.

Qarşılaşma oktyabrın 5-də İstanbulda gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti