Qurban Qurbanov dünyanın ən yaxşı neçənci məşqçisidir?

29 Sentyabr 2023 00:40 Bizimkilər 5 468
Qurban Qurbanov dünyanın ən yaxşı neçənci məşqçisidir?

Dünyanın ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, cədvəldə planetin 500 mütəxəssisi yer alıb.

Siyahıda yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. “Qarabağ”ın çalışdırıcısı siyahıda 200-cüdür.

İkinci “100-lük”də yer alan 51 yaşlı mütəxəssisin hesabında 1594 xal var. Bu, son 4 ilin nəticələrinə əsasən hesablanan reytinq xalıdır.

Siyahıya 2193 xalla “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti