Vüsal İsgəndərli Albaniya çempionatda ikinci qolun vurub.
O, 6-cı turun "Vlajniya"ya qarşı oyununda fərqlənib.
Millimizin sabiq üzvü 49-cu dəqiqədə “Eqnatiya”nın ilk qolunun müəllifi olub.
İsgəndərli vurduğu qol Ronaldosayağı qeyd edib.
Bu, oyunun şərhçisinin belə diqqətini cəlb edib.
Onun komandası yekunda 2:0 qalib gəlib.
Bununla da Albaniya təmsilçisi liqada birinci pilləyə yüksəlib.
Vüsal arxada qalan 6 turda aktivinə 2 qol və 1 asist yazdıra bilib.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmyerlimizin qoluna və qol sevincinə aşağıdakı linkdə baxa bilərsiniz:

