Azərbaycanlı təyinat aldı - Azərbaycandakı avrokubok oyunun

28 Sentyabr 2023 12:20 Bizimkilər 702
Azərbaycanlı təyinat aldı - Azərbaycandakı avrokubok oyunun

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Azərbaycandakı avrokubok oyununa təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, “Qəbələ”nin UEFA Gənclər Liqasının I mərhələsində Macarıstanın “Puşkas Akademiyası”na qarşı keçirəcəyi oyununun hakim-inspektoru olacaq.

Qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Matçın dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.

Oktyabrın 4-də Qəbələ şəhər stadionunda təşkil olunacaq görüş saat 16:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti