Azərbaycanlı futbolçu bu ölkədə qol vurdu, "əsgər salamı" verdi

28 Sentyabr 2023 02:10 Bizimkilər 903
Azərbaycanlı futbolçu bu ölkədə qol vurdu, "əsgər salamı" verdi

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda 6-cı turda səfərdə “Vlajniya” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyunda 2:0 hesablı qələbə qazanıb. Vüasl İsgəndərli oyuna start heyətdə başlayıb və 85-ci dəqiqədə əvəzlənib.

Komandasının ilk qolunu da 49-cu dəqiqədə Vüsal vurub. O, qolunu əsgər salamı ilə qeyd edib.

Digər qolun müəllifi isə 90-cı dəqiqədə Rafael Dvamena olub

“Eqnatiya” hazırda 13 xalla 1-ci pillədə qərarlaşıb.

Vüsal İsgəndərli 2-ci turda "Kukesi"ilə görüşdə də (4:0) qol vurmuşdu. Bu mövsüm Vüsalın aktivində 2 qol və 1 qol ötürməsi var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı