AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Serbiyada yerli “Srvena Zvezda” və İsveçrə "Yanq Boyz"u arasında keçiriləcək Gənclər Liqasının oyununda UEFA nümayəndəsi olacaq.
Qarşılaşma oktyabrın 4-də Belqradda gerçəkləşəcək.

