Şahruddin "Beşiktaş"a qarşı oynaya bilməyəcək

27 Sentyabr 2023 01:20 Bizimkilər 756
Şahruddin "Beşiktaş"a qarşı oynaya bilməyəcək

"Adana Dəmirspor"un azərbaycanlı qolkiperi Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasının 3-cü turdan təxirə salınmış “Beşiktaş"la görüşünə çıxa bilməyəcək.

Sportinfo.az xəbər verir ki, buna səbəb Şahruddinin bu matçın təxirə salınmasından sonra Adana klubuna keçməsidir.

Superliqanın reqlamentinə əsasən, həmin ərəfədə hər iki komandada hansı futbolçular sifariş edilmişdisə, meydana da yalnız onlar çıxa biləcək.

"Adana Dəmirspor" - "Beşiktaş" matçı sentyabrın 27-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı