Mahir Emreli 1 qol, 1 pasla rəmzi komandaya düşdü

26 Sentyabr 2023 23:20 Bizimkilər 735
Mahir Emreli 1 qol, 1 pasla rəmzi komandaya düşdü

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya çempionatında IX turun rəmzi komandasına düşüb.

Sportinfo.az xəbər verir ki, “Rudes”lə görüşdə 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan Zaqreb “Dinamo”sunun üzvü ən yaxşı sağ vinger seçilib.

Onun performansı 8,3 balla qiymətləndirilib. Ən yüksək xala Emrelinin komanda yoldaşı Yosip Drmiç (10) layiq görülüb.

O, qarşılaşmada het-trik müəllifi olub. Zaqreblilərin digər üzvü Qabriel Vidoviç isə 1 qol, 2 assist sayəsində 8,6 xala layiq görülüb.

“Dinamo” “Rudes”i səfərdə 5:1 hesabı ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı