Can ki, can!

26 Sentyabr 2023 08:40 Bizimkilər 660
Can ki, can!

Niderland birinci divizionunda 6-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Ayaks”ın ikinci komandası ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 1:1.

Ozan da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub. Komandasının bərabərlik qolunu da 90+2-ci dəqiqədə məhz Ozan vurub.

“Eyndhoven” hazırda 10 xalla 20 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı