Mahir Emreli bu dəfə "qafa"sını işlətdi - VİDEO

26 Sentyabr 2023 08:20 Bizimkilər 1 987
Mahir Emreli bu dəfə "qafa"sını işlətdi - VİDEO

Zaqreb "Dinamo"sunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya çempionatında növbəti qolunu vurub.

Sportinfo.az xəbər verir ki, 9-cu turda "Rudeş"lə səfər matçında start heyətdə meydana çıxan futbolçu 38-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.

O, görüşün 58-ci dəqiqəsində 5-ci qolun ötürməsini də edib. Mahir Emreli bu mövsüm Xorvatiya çempionatında vurduğu qollarının sayını 3-ə çatdırıb.

O, 5:1 hesabı ilə qalib gəldikləri matçın 73-cü dəqiqəsində əvəzlənb.

Digər Xəbərlər
Xəbər Lenti