Musa Qurbanlı isveçli jurnalistin "niyə qol vura bilmədin" sualına nə cavab verdi?

26 Sentyabr 2023 03:00 Bizimkilər 2 113
Musa Qurbanlı isveçli jurnalistin "niyə qol vura bilmədin" sualına nə cavab verdi?

"Əlbəttə, biz nəticədən razı deyilik.

Bizim üçün bu, derbi və vacib oyun idi, amma istədiyimiz oyunu nümayiş etdirə bilmədik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Yurqorden"in hücumçusu Musa Qurbanlı deyib.

O, İsveç çempionatının 24-cü turunda AİK-lə səfərdəki derbi matçındakı məğlubiyyəti (0:2) şərh edib. Əsas heyətdə meydana çıxan Azərbaycan millisinin 21 yaşlı hücumçusu 53-cü dəqiqədə əvəzlənib.

O, oyundan sonra isveçli jurnalistlərə deyib ki, komanda olaraq öz oyunlarını göstərə bilməyiblər.

"Biz az halda hücum edirdik. Müdafiədə də səhvlərimiz oldu. İndi bizim bu məğlubiyyətin təsirindən çıxmaq və gələcəyə baxmaqdan başqa çarəmiz yoxdur" - deyə M.Qurbanlı bildirib.

Jurnalistin "niyə bu matçda qol vura bilmədin?" sualına M.Qurbanlı belə cavab verib:

"Əslində mənim bu suala müsbət cavabım yoxdur. Mən bilirəm ki, oyuna yaxşı hazırlaşmışdıq və matça mənəvi tərəfdən hazır idik.

Məğlubiyyəti diqqətlə analiz etməliyik. Yalnız bundan sonra öz səhvlərimizi görə bilərik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı