“Musa son dərəcə iddialıdır, həmişə daha yaxşı olmaq istəyir”

26 Sentyabr 2023 00:50 Bizimkilər 632
“Musa son dərəcə iddialıdır, həmişə daha yaxşı olmaq istəyir”

“Musa Qurbanlı burada qollar vurmağa hazırdır”.

Sportinfo.az xəbər verir ki, bunu “Yurqorden”in kapitanı Maqnus Eriksson komanda yoldaşı Musa Qurbanlı barədə danışarkən deyib.

33 yaşlı yarımmüdafiəçi azərbaycanlı hücumçudan çox şey gözlədiklərini bildirib. İsveç millisinin üzvü 21 yaşlı oyunçunun tezliklə yaxşı forma yığacağını düşünür:

“Musa son dərəcə iddialıdır, həmişə daha yaxşı olmaq istəyir. Onu ən yaxşı vəziyyətə gətirmək bizim üçün vacibdir.

O, yüksəlişəmeyilli futbolçudur. Sadəcə, milli komandanın oyunları zamanı uzaq yol qət etdi, yorğunluq oldu.

Artıq bir həftədən çoxdur ki, bizimlədir”.

Musa Qurbanlı bu mövsüm “Yurqorden”in heyətində İsveç çempionatında keçirdiyi 7 oyunda 2 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı