Ramil Şeydayev Tailand klubunda yeni adından söz etdirdi

25 Sentyabr 2023 19:20 Bizimkilər 3 710
Ramil Şeydayev Tailand klubunda yeni adından söz etdirdi

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev “Buriram Yunayted”də məhsuldar ötürmə verib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı hücumçu “Polis Tero”ya qarşı keçirdikləri Tailand çempionatının V tur matçında ikinci qolun vurulmasında yaxından iştirak edib.

Görüşə start heyətində başlayan Şeydayev 82-ci dəqiqədə əvəzlənib. Matç “Buriram Yunayted”in 2:1 hesablı qələbəsi ilə bitib.

Forvard IV turda “Trat”a 4:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada iki məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti