Dörd polis və iki mülki şəxsin öldüyü terroru törədənlər saxlanıldı - DTX

25 Sentyabr 2023 17:30 Bizimkilər 847
Dörd polis və iki mülki şəxsin öldüyü terroru törədənlər saxlanıldı - DTX

Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini qanunsuz mütəşəkkil silahlı birləşmənin tərkibində iştirak edərək törətməkdə şübhəli bilinən müvafiq şəxslər həmin antiterror tədbirləri zamanı 20 sentyabr 2023-cü il tarixində tərk-silah edilərək saxlanılıblar.

Bu haqda məlumat DTX-nin ermənilərə etdiyi müraciətdə yer alıb.

Həmin terror aktı 19 sentyabrda baş vermişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı