Əliyar Ağayev idarə etdi, İngiltərə Almaniyaya qalib gəldi

29 İyun 2023 00:50 Bizimkilər 1 172
Əliyar Ağayev idarə etdi, İngiltərə Almaniyaya qalib gəldi

Əliyar Ağayev 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının İngiltərə - Almaniya matçını idarə edib.

Sporttinfo.az xəbər verir ki, bu oyunda FIFA referisinə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər.

Qarşılaşma İngiltərənin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Əliyar Ağayev İngiltərədən Eşli Koliyə sarı vərəqə göstərib.

O, Avropa çempionatında daha əvvəl A qrupunda Belçika - Niderland (0:0) oyununu idarə edib, C qrupunda isə Çexiya - Almaniya matçının (2:1) 4-cü hakimi olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"