Sportinfo.az xəbər verir ki, “Eqnatia”da (Albaniya) çıxış edən Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Ermənistanın paytaxtı İrəvana gedəcək.
O bildirib ki, komandasının “Ararat”a qarşı səfərdə keçirəcəyi Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda iştirak edəcək: “Artıq biletim alınıb”.
Ötən ay «Sumqayıt»dan ayrılan İsgəndərli "Eqnatiya" ilə 3 illik müqavilə imzalayıb.
Albaniya klubu "Ararat"a qarşı ilk matçını iyulun 13-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra evdə keçirəcək.

