"Eqnatiya" (Albaniya) yenicə transfer etdikləri Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlini "Ararat"a (Ermənistan) qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin oyunları üçün sifariş edib.
Sportinfo.az xəbər verir ki, Avropa futbol qurumuna göndərilən iştirak ərizəsində 28 yaşlı hücumameyilli yarımmüdafiəçinin də adı var:
Vüsal İsgəndərli "Eqnatiya" ilə 3 illik müqavilə imzalayıb.
Albaniya klubu "Ararat"a qarşı ilk oyununu iyulun 13-də səfərdə, cavab matçını isə 1 həftə sonra evdə keçirəcək.

