Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.
Sportinfo.az xəbər verir ki, PFL rəsmisi UEFA Avropa Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Zimbru” (Moldova) – “La Fiorita” (San-Marino) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma iyulun 20-də Moldovanın paytaxtı Kişinyovda baş tutacaq.

