Musa Qurbanlı imzanı atdı, bu şəxsin adını çıkdi: “Onda özümün bir hissəmi tapıram”

7 İyul 2023 08:30 Bizimkilər 1 204
Musa Qurbanlı imzanı atdı, bu şəxsin adını çıkdi: “Onda özümün bir hissəmi tapıram”

“Mən məşqçilər, komanda ilə görüşdüm, həmçinin "Tele2 Arena"da oldum.

Keçən bazar günü matça baxdım.

Əvvəllər "Yurqorden" haqqında az bilirdim, amma bura gələndən sonra müsbət təəssüratlarım daha da gücləndi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin üzvü Musa Qurbanlı yeni klubu "Yurqorden"ə keçidi haqqında danışarkən deyib.

M.Qurbanlı İsveç təmsilçisinin saytına açıqlamasında klubun idman direktoru Bosse Andersson ilə söhbəti barədə də fikirlərini bölüşüb:

“O, əla insandır və onun futbola necə inanılmaz həvəsli olduğunu görə bilərsiniz. O, futbol oynadığı vaxtlarda hücumçu mövqeyində çıxış edib.

Ona görə də mən Bosse Andersonda özümün bir hissəmi tapıram və bizim çox yaxşı əlaqəmiz var”.

"Yurqorden" "Qarabağ"dan transfer etdiyi Musa ilə ötən gün 3 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti