Musa İsveçdə şah kimi qarşılandı – “Özünü evindəki kimi hiss et”

6 İyul 2023 16:00 Bizimkilər 4 668
Musa İsveçdə şah kimi qarşılandı – “Özünü evindəki kimi hiss et”

Musa Qurbanlı karyerasını İsveçdə davam etdirəcək.

Azərbaycan millisinin də şərəfini qoruyan hücumçu bundan sonra “Yurqarden”in uğurları üçün tər tökəcək.

Gənc forvardın Skandinaviya klubuna keçidi İsveçdə səs-küylə qarşılanıb. “Yurqarden”in sosial media səhifələrində Qurbanlı ilə bağlı bir neçə paylaşım edilib ki, klubun azarkeşləri yeni transferlə bağlı fikirlərini şərh bölməsində yazıb.

Yazılan rəylərdən isveçli fanatların həmyerlimizə inandıqlarını və bu keçiddən razı olduqlarını görmək çətin deyil.

“Bomba dalınca bomba. Rəhbərliyə əhsən!”

“Hiss edirəm ki, bu oğlan 2023-cü ilin Geert den Oudeni, ya da Sören Larseni olacaq (Geert İsveçin yüksək dəstəsində çıxış etmiş ilk niderlandlı futbolçu kimi tarixə düşüb və azarkeşləri məhsuldarlığı ilə sevindirib. Danimarka millisinin sabiq futbolçusu Larsen isə “Yurqarden”də 13 oyunda 10 qol vurmaqla “Şalke 04”ə transfer olunub – H.)

“Xoş gəlmisən, Musa. Rənglərimiz üçün səylə mübarizə apar. Biz sənə inanırıq”.

“Musa, möhtəşəmsən”.

“Sən özünü bizə sevdirəcəksən, BOSS”.

“Stokholmun fəxrinə xoş gəlmisən”.

“Hücumda möhtəşəm “üçlük” – Asoro, Feliks və Musa”.

“Qollar vur, bizi sevindir və əfsanəyə çevril”.

“Yurqarden” ailəsinə xoş gəlmisən. Özünü evindəki kimi hiss et. Sən bizdən birisən”.

“Hücumda Asoro, Felis və Musa. Bundan sonra rəqiblər düşünsün. Bu “üçlük”lə zarafat etmək olmaz”.

“Baxarsız, “Yurqarden” bu heyətdə “qızıl” qazanacaq”.

“Nəhayət ki, qol vurmağı bacaran hücumçu transferi gördük. Məncə, bu, klub tarixinin ən yaxşı imzalarından oldu. Məhsuldarlığını göstər və bizi sevindir, boss”.

İndiyə qədər bir çox azərbaycanlı futbolçular legioner həyatı yaşamaq üçün ölkə xaricinə yollansa da, heç biri bu cür coşqu ilə qarşılanmamışdı.

İstər klubun ard-arda gələn təqdimat paylaşımları, istər Musanın ingiliscə azarkeşlərə səlis səslənməsi, istərsə də izləyicilərin aktivliyi hər birimizi qürurlandırır.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti