"Dinamo"nu, Zaqrebi sevirəm.
Türkiyədə müəyyən təcrübə qazandım və yeni imkanlar uğrunda mübarizə aparmaq üçün buraya qayıtdım".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli Xorvatiya mətbuatına açıqlamasında deyib.
26 yaşlı hücumçu yanvardan bu yana komandada bəzi yeniliklər olduğunu bildirib:
"İlk növbədə baş məşqçi və heyət dəyişib. Təbii ki, çoxlu tanış simalar və köhnə oyunçular var. Lakin yeni istedadlı oyunçular da çoxdur".

