Azərbaycanlı futbolçu İrəvanda meydana çıxacaq? - ÖZÜ AÇIQLADI

6 İyul 2023 09:40 Bizimkilər 1 870
Azərbaycanlı futbolçu İrəvanda meydana çıxacaq? - ÖZÜ AÇIQLADI

Azərbaycan yığmasının üzvü Vüsal İsgəndərlinin “Eqnatia”ya transferi rəsmiləşdi.

Yarımmüdafiəçi Albaniya təmsilçisi ilə 3 illik anlaşmaya qol çəkdi.

İndi ölkəmizdə futbolla maraqlanan hər kəsi düşündürən tək sual var - Görəsən, Vüsal nə vaxt debüt edəcək?

Düzdü, Vüsaldan başqa bu yay Ramil Şeydayev, Musa Qurbanlı, Coşqun Diniyev və Cəlal Hüseynov da karyerasını ölkə xaricində davam etdirməyə qərar veriblər.

Amma onların heç birinin debüt edəcəyi qarşılaşma İsgəndərli qədər önəm daşımır.

Bunun da çox ciddi səbəbi var.

Hələ Vüsalın transfer xəbərini ilk dəfə saytmız yazanda məlumat vermişdik ki, onun yeni klubu Konfrans Liqasında iştirak edəcək.

Və məsul yarışda albanlar Ermənistandan “Ararat” ilə üz-üzə gələcək.

İlk mərhələnin ilk qarşılaşması 13 iyul İrəvanda keçirləcək. Bir sözlə, "Eqnatia"nın növbəti matçı Ermənistanda baş tutacaq.

Təbii ki, hamımızın arzusu Vüsalın ermənistanlı rəqibini elə İrəvanda cəzalandırmasıdır. Bəzi reallıqları isə unutmaq olmaz.

Belə ki, adətən oxşar hallarda oyunçunun təhlükəsizliyi önə çəkilərək bu kimi səfərlərə aparılmır.

Məsələn, az olmayıb ki, klublarımızın avrokuboklardakı rəqibləri heyətlərində olan erməni oyunçuları Bakıya gətirməyiblər.

Bəs Vüsal məsələ barədə nə düşünür?

27 yaşlı həmyerlimiz suala cavab olaraq qısaca bunları deyib:

“Bəli İrəvana getmək, oyuna çıxmaq ehtimalım var. Özüm də bunu çox istəyirəm. Amma yekun qərar hələ yoxdur".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti