Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin "Ümraniyespor"a keçidi rəsmiləşib.
Türkiyənin I Liqa təmsilçisi yarımmüdafiəçi ilə bu gün müqavilə imzalayıb.
Ötən ayın əəvəlində “Zirə”dən “Səbail”ə keçən Diniyevin "Ümraniyespor"la anlaşma müddəti 1+1 ildir. Şahin Diniyevin oğlu Türkkiyədə 180 min avro qazanacaq.

28 yaşlı orta sahə oyunçusu qardaş ölkəyə Sebahettin Tekinin köməkliyi ilə yollanıb. Hansı ki, ata Diniyev onu bugünlərdə özünə köməkçi götürüb.
Şahin bəy “Kəpəz”in sükanı arxasına keçən Azər Məmmədovun yerinə türkiyəlini gətirib.
Vaxtilə “Qarabağ”ın akademiyasında koordinator işləmiş Tekin ona yaxın menecerlər vasitəsilə Coşqunun "Ümraniyespor"a keçidində mühüm rol oynayıb.
SPORTİNFO.AZ

