Mahir Emreli deyir: “Məni yaxşı günlər gözləyir”

4 İyul 2023 20:20 Bizimkilər 749
Mahir Emreli deyir: “Məni yaxşı günlər gözləyir”

"Mənim üçün ən çətin mövsümlərdən biri idi, bunu statistikadan da görmək olar”.

Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin və “Dinamo”nun hücumçusu Mahir Emreli deyib.

Xorvatiya mediasına danışan forvard ötən mövsüm icarə əsasında Türkiyədə "Konyaspor"un formasını geyindiyini xatırladıb:

"Təəssüf ki, "Dinamo"da az forma şansı əldə etdim və Türkiyəyə getmək variantı yarandı. Bunun düzgün qərar olduğunu düşünürəm.

Amma orada da çətin dövr keçirdim. Çünki hazırlığı başa vurmuş, ən yaxşı formada olmayan və çoxlu məğlubiyyətlər alan komandaya keçmişdim.

Uyğunlaşmağa da vaxtım yox idi. Hazırda buradayam və ümid edirəm ki, "Dinamo"da məni yaxşı günlər gözləyir ".

Mahir Emrelinin Zaqreb təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti