Mahir “Dinamo”a dönüşünü qolla “yudu”- VİDEO+FOTOLAR

3 İyul 2023 23:40 Bizimkilər 1 184
Mahir “Dinamo”a dönüşünü qolla “yudu”- VİDEO+FOTOLAR

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Dinamo"nun (Zaqreb) heyətində növbəti qolunu vurub.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu Bolqarıstan MOİK-inə qarşı yoxlama oyununda fərqlənib.

Təcrübəli forvard 21-ci dəqiqədə rəqib qapısına yol tapmaqla görüşdə hələlik yeganə qolun müəllifi olub. Hazırda qarşılaşmada fasilədir.

Mahir Emreli ötən mövsümün ikinci yarısını icarə əsasında Türkiyə "Konyaspor"unda keçirib.

Digər Xəbərlər
Xəbər Lenti