Azərbaycanın FIFA referisi UEFA-dan təyinat aldı

3 İyul 2023 20:20 Bizimkilər 629
Azərbaycanın FIFA referisi UEFA-dan təyinat aldı

FIFA referisi Rauf Cabarov UEFA-dan təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, Albaniyada "Vlazniya" və Şimali İrlandiya “Linfild”İ arasında keçiriləcək Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.

Cabarova laynsmanlar qismində Namik Hüseynov və Cavanşir Yusifov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.

iyulun 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti