Azərbaycan millisinin sabiq oyunçusu Dmitri Nazarovun yeni klubu bir nüçə gün öncə müəyyənləşib.
33 yaşlı yarımmüdafiəçi Regional Liqada mübarizə aparan "Kikkers Offenbax"a keçib və növbəti mövsümü burada tamamlayacaq.
Dmitri Nazarov 2016-2023-cü illər ərzində "Ertsebirge"də çıxış edib.
Millimizin üzvü son mövsümdə III Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Dör ildir yığmamıza dəvət almayan orta sahə oyunçusu "Kikkers Offenbax"da ən ödənişli 5 futbolçudan biri olub.
Nazarov Regional Liqada keçirəcəyi hər aya görə 6000 advro əməkhaqqı alacaq.
Komanda III Bundesliqaya vəsiqə qazanarsa, onunla sözləşmə daha 1 il uzadılacaq, məvacibi isə 8500 avroya çatdırılacaq.
SPORTİNFO.AZ

