
"Özümə inanıram, burada qalmaq və iz qoymaq istəyirəm".
Sportinfo.az xəbər verir ki, bunu "Dinamo"da (Zaqreb) çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Sportske" nəşrinə müsahibəsində deyib.
26 yaşlı hücumçunun sözlərinə görə, Zaqreb təmsilçisinin bir parçası olmaq imtiyazdır:
"Komandaya layiq olduğumu sübut etməliyəm. Bunu ilk növbədə kluba və azarkeşlərə borcluyam.
Bura niyə gəldiyimi göstərməyə çalışacağam. Yeni baş məşqçi İqor Bişçanla danışmaq imkanım olmayıb.
Amma onun əfsanəvi futbolçu olduğunu bilirəm. Məşqlərimiz də əla keçir".
Mahir Emrelinin Zaqreb təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.