Azərbaycan yığmasının sabiq üzvü Türkiyənin birinci liqasında

3 İyul 2023 09:20 Bizimkilər 1 588
Azərbaycan yığmasının sabiq üzvü Türkiyənin birinci liqasında

Azərbaycanın U-21 yığmasının sabiq üzvü Timur Temeltaş özünə yeni komanda tapıb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Çorum”la anlaşıb.

Başa çatan mövsümə qədər ikinci liqada çıxış etmiş klub yeni mövsümdən birinci liqaya vəsiqə qazanıb. Temeltaş adıçəkilən klubla bir illik müqaviləyə qol çəkib.

“Çorum”da hazırda U-21 yığmamızın üzvü olan Muhammet Mustafa Yıldırım forma geyinir.

Yarımmüdafiəçi “Altınordu”, “Kayzerslauten”, “Ümraniyespor”, “Altay”, “Eyüpspor” və “Iğdırspor” klublarında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti