Rəhimov prezidentiseçildi

1 İyul 2023 02:00 Bizimkilər 568
Rəhimov prezidentiseçildi

İyunun 30-da Portuqaliyanın Fatima şəhərində Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) növbədənkənar Baş Assambleyası keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə IBSA-nın prezidenti vəzifəsinə seçki keçirilib.

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti, IBSA-nın vitse-prezidenti İlqar Rəhimov növbəti 4 il müddətinə beynəlxalq təşkilatın prezidenti seçilib.

IBSA görmə məhdudiyyəti olan insanlar üçün idmanın inkişafı üzrə dünyanın aparıcı təşkilatıdır.

Onun dünya üzrə 120-dən çox üzvü var. IBSA qolbol, cüdo və kor futbol kimi paralimpiya idman növləri üzrə idarəetmə orqanıdır. IBSA-nın mənzil qərargahı Almaniyanın Bonn şəhərində yerləşir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti