“Arda” bu dəfə də Cəlal Hüseynova şans tanıdı

30 İyun 2023 03:00 Bizimkilər 1 039
“Arda” bu dəfə də Cəlal Hüseynova şans tanıdı

Azərbaycan millisinin üzvü Cəlal Hüseynov yeni komandası “Arda”da (Bolqarıstan) növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı mərkəz müdafiəçisi SSKA-1948-ə (Sofiya) qarşı yoxlama görüşündə iştirak edib.

Cəlalın əsas heyətdə yer aldığı oyun 1:1 hesabı ilə yekunlaşıb. "Arda"nın qolunu 51-ci dəqiqədə Tunqara vurub. 88-ci dəqiqədə rəqib oyunçu Antonov hesabı bərabərləşdirib.

C.Hüseynov bundan əvvəl “Maritsa” ilə matçda da (3:1) ilk 11-likdə olub. Bu, onun “Arda”da ilk oyunu idi.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"