Mahir fasilədən sonra meydana çıxdı, "Dinamo" məğlubiyyətdən qaçdı

30 İyun 2023 02:20 Bizimkilər 1 106
Mahir fasilədən sonra meydana çıxdı, "Dinamo" məğlubiyyətdən qaçdı

Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" Sloveniya toplanışında yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Zaqreb təmsilçisi yerli "Koper" klubu ilə üz-üzə gəlib.

Matç 2:2 hesablı bərabərliklə başa çatıb.

Mahir Emreli qarşılaşmaya ehtiyatda başlayıb. 26 yaşlı hücumçu 46-cı dəqiqədə - komandası hesabda 1:2 geridə olarkən Bartol Barişiçin əvəzinə meydana daxil olub.

"Dinamo"nun qollarını Fran Topiç (21) və Antonio Marin (49) vurub.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!