Laçınlıların bura köçməsi ilə bu "qapı" bir azda möhkəmləndi"

28 İyun 2023 08:50 Bizimkilər 506
Laçınlıların bura köçməsi ilə bu "qapı" bir azda möhkəmləndi"

"Biz bura güclü və müasir Laçın qurmaq üçün gəldik".

Bunu 31 ildən sonra doğma yurduna qayıdan rayon sakini Gülşən Dostuyeva bildirib.

O, bu gün Laçın şəhərinə köçürülənlərdən biridir və Laçınlı günlərini yenidən yaşdığı üçün xoşbəxt olduğunu deyib: "Laçından gedəndə 28 yaşım vardı, bu gün 59 yaşım var. Gedəndə atalı-analı getmişdim, qayıdanda atasız-anasız qayıtdım. Baxmayaraq ki, Laçını görmək arzusu ilə dünyasını dəyişmiş əzizlərim olmadan geri dönürəm, amma, Laçına qayıtmağın sevinci artıq bütün kədərimi yox edib. Mən əminəm ki, bu gün bura köçməyimiz onların da ruhunu şad edib".

G.Dostuyeva uzun illərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan işlərə, sakinlərin köçürülməsinə görə, bütün türk dünyasına gözaydınlığı verib: "Mən, yaxınlarım və Böyük Qayıdışın ilk iştirakçıları öz adımdan və yaxınlarımın adından bütün türk dünyasına göz aydınlığı verirəm. Laçın, mən düşünürəm ki, həmişə bütün ermənilərin "qara qapı"sı hesab edilib. Laçınlıların bura köçməsi ilə bu "qapı" bir azda möhkəmləndi. İndi biz evimizdəyik. Bütün xalqımızın, bütün Laçınlıların gözü aydın olsun".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti