Azərbaycandan gedən olacaq - Çempionlar Liqasının oyununa təyinat

27 İyun 2023 17:20 Bizimkilər 621
Azərbaycandan  gedən olacaq - Çempionlar Liqasının oyununa təyinat

FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, Litvada “Jalgiris” və Şimali Makedoniya “Struqa”sı arasında keçiriləcək Çempionlar Liqasının I təsnifat mərhələsnin ilk oyununu idarə edəcək.

Məsiyevə laynsmanlar qismində Elşad Abdullayev və Pərvin Talıbov yardımçı olacaq.

Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.

İyulun 11-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"