“Bu, çox güclü siyasi iradəmizin göstəricisidir” - Dövlətimizin başçısı

27 İyun 2023 12:10 Bizimkilər 478
“Bu, çox güclü siyasi iradəmizin göstəricisidir” - Dövlətimizin başçısı

“İki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir”.

Bu sözlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı söyləyib.

“Əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi”, - deyə dövlət başçısı qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti