“Tanrı yolunu açıq etsin” – Coşqun “Ümraniyespor”da bu cür qarşılandı

26 İyun 2023 20:00 Bizimkilər 1 939
“Tanrı yolunu açıq etsin” – Coşqun “Ümraniyespor”da bu cür qarşılandı

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev karyerasını Türkiyədə davam etdirəcək.

Karyerasında ilk dəfə legioner həyatı yaşayacaq 27 yaşlı yarımmüdafiəçi “Ümraniyespor”la anlaşıb.

Ötən mövsüm “Zirə”nin heyətində meydana çıxdığı 35 oyunda 2 qol vurub, 1 assistlə yadda qalan Diniyev, bir müddət öncə atası Şahin Diniyevin çalışdırdığı “Səbail”lə müqavilə bağlamışdı.

Lakin ölkə xaricindən gələn təklif üzündən legioner həyatı yaşamağı qərara aldı.

Ötən mövsüm Super Liqa mübarizə aparan, lakin oradakı yerini qoruya bilməyib 1-ci liqaya düşən Ümraniye təmsilçisi sosial media hesablarında Coşqunun transfer xəbərini açıqlayıb.

“Ümraniyespor” azarkeşləri xəbərin şərh bölümündə həmyerlimizi bu sözlərlə salamlayıb:

“Xoş gəlmisən bizim tərəfə, gözəl insan, can Azərbaycan”.

“Xoş gəldin, qardaş”.

“Uğurlar Coşqun. Uğurlar, “Ümraniyespor”.

“Xoş gəlmisən Ümraniyemizə. Gözəl insan, qardaş Azərbaycan”.

“Tam Coşkun”.

“Xoş gəldin, qardaş. Tanrı yolunu açıq etsin”.

“Can Azərbaycan, qardaş bizə əmanət”.

“Bu transferləri keçən sezonda niyə etmirdiniz?”

Coşqun ən qısa zamanda Türkiyəyə yola düşüb, “Ümraniyespor”un təlim-məşq toplanışında iştirak edəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti