Əliyar kənarda dayandı, Almaniya çexlərə uduzdu

26 İyun 2023 03:00 Bizimkilər 869
Əliyar kənarda dayandı, Almaniya çexlərə uduzdu

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün C qrupunun 2-ci turunda Çexiya Almaniya ilə qarşılaşıb.

Görüşün hakimləri arasında azərbaycanlı FİFA referisi Əliyar Ağayev də olub. O, 4-cü hakim funksiyasını icra edib.

Matçda Çexiya Almaniyaya 2:1 hesabı ilə qalib gəlib.

2 turdan sonra Çexiya 3 xalla 2-ci, Almaniya 1 xalla 3-cüdür. Qrupa 6 xalla İngiltərə liderlik edir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"