Qarabağ erməniləri ilə bağlı açıqlama - Ceyhun Bayramovdan

23 İyun 2023 18:30 Bizimkilər 973
Qarabağ erməniləri ilə bağlı açıqlama - Ceyhun Bayramovdan

Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərə xüsusi təminat verilməsi ilə bağlı tələbi Azərbaycanın daxili işlərinə qarışmağa bərabərdir.

Bunu xarici işlər naziri Ceyhun Bayramov “Röyters”ə müsahibəsində deyib.

O qeyd edib ki, hansısa ilkin şərt rəsmi Bakı üçün qəbuledilməzdir:

“Bu, Azərbaycanın daxili işidir. Azərbaycan Konstitusiyası və Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq konvensiyalar bu əhalinin hüquqlarının təmin edilməsi üçün bütün lazımi şəraiti təmin edir”.

Nazir bildirib ki, Azərbaycan cəmiyyətinə inteqrasiya olunduqdan sonra etnik ermənilər də digər etnik və dini azlıqlar kimi öz ana dilində danışa və təhsil ala, mədəniyyətlərini qoruyub saxlaya bilərlər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"