İlham Əliyev: “Döyüş qabiliyyətimizi artırırıq və artıracağıq”

23 İyun 2023 18:50 Bizimkilər 537
İlham Əliyev: “Döyüş qabiliyyətimizi artırırıq və artıracağıq”

“Ölkəmizdə növbəti komando hərbi hissəsinin açılması çox əlamətdar hadisədir.

Bildiyiniz kimi, Vətən müharibəsindən sonra mənim göstərişimlə Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır”.

Bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.

“Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Beləliklə, biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq”, - deyə dövlət başçısı bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"