“O əsgər və zabitlərə də şəhid statusu verilməlidir”

23 İyun 2023 15:30 Bizimkilər 765
“O əsgər və zabitlərə də şəhid statusu verilməlidir”

“Qeyri-döyüş şəraitində həlak olan əsgər və zabitlərə də şəhid statusu verilməlidir”.

Bu fikirləri deputat Razi Nurullayev Milli Məclisin iclasında deyib.

Deputat bildirib ki, bu şəxslərin valideynləri və yaxınları onlara da şəhid statusunun verilməsini tələb edir:

“Çünki onların övladları hələ də müharibə şəraitində olan Qarabağda həyatını itirib. Bu məqamı nəzərə alaraq Qarabağda hərbi xidmət zamanı müxtəlif səbəblərdən həyatını itirmiş əsgər və zabitlərə də şəhid statusunun verilməsini təklif edirəm.

Bu hallar kütləvi deyil. Mən bu təklifi Qarabağda xidmət etməyin çətinliyini, müharibə şəraitini, hər zaman düşmən təxribatı ilə üz-üzə qalmaq təhlükəsini nəzərə alaraq verirəm və ümid edirəm ki, bu məsələni müzakirə edib qanunvericiliyə istisna hal kimi əlavə edə bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"