Millimizin sabiq futbolçusu Almaniyanın region klubunda

23 İyun 2023 13:20 Bizimkilər 612
Millimizin sabiq futbolçusu Almaniyanın region klubunda

Azərbaycan millisinin sabiq futbolçusu Dmitri Nazarovun yeni komandası müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını Almaniyada davam etdirəcək.

III Bundesliqa klubu “Ertsgebirge”dən ayrılan Nazarov Regional Liqada mübarizə aparan “Kikkers Offenbax”la müqavilə imzalayıb.

Adıçəkilən komandanın idman direktoru Kristian Hok da məlumatı artıq təsdiqləyib.

Dmitri Nazarov 2014-2022-ci illər aralığında Azərbaycan millisinin heyətində 45 oyun keçirib, 7 qola imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti