“Torpağım üçün burnumun ucu göynəyir” - VİDEO

22 İyun 2023 19:30 Bizimkilər 672
“Torpağım üçün burnumun ucu göynəyir” - VİDEO

30 ilə yaxın qaçqınlıq statusu ilə yaşayan Azərbaycan vətəndaşları bu gün doğma yurdlarına qayıdırlar.

Zamanında Ermənistandan qovulan azərbaycanlılar da öz dədə-baba torpaqlarına dönəcəyi günü səbrsizliklə gözləyirlər.

İctimai Televiziya həmin günün həsrətilə yaşayan Qərbi Azərbaycandan olan Elbrus Novruzovla söhbətləşib.

O, dərin kədər və böyük ümidlə Dərələyəz mahalında keçən uşaqlığı, gəncliyi barədə danışıb:

"Bu yaxınlarda düşünürdüm. Bizdə bir misal var, burnunun ucu göynəmək. Uşaqlıq vaxtlarımda mal-qaranı otararkən daş üzərində yazı yazdığım anlar yadıma düşdü...".

Daha ətraflı süjetdə:

Qeyd edək ki, hazırda Qərbi Azərbaycan ərazisindən deportasiya olunan azərbaycanlılarla bağlı siyahıya alınma prosesi davam edir. Bu prosesə 1988-1991-ci illərin deportasiyasından başlanılıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"