“Sabah”ın prezidenti ilə “Qəbələ”nin idman direktoru İsveçrəyə yollandı

20 İyun 2023 22:20 Bizimkilər 1 234
“Sabah”ın prezidenti ilə “Qəbələ”nin idman direktoru İsveçrəyə yollandı

İyunun 21-də Konfrans Liqasında 2023-24 mövsümünün birinci təsnifat mərhələsinin püşkü atılacaq.

Püşkatma mərasimində “Neftçi”dən heç kim təmsil olunmayacaq.

Əvəzində, sözgedən yarışda ölkəmizin adından çıxış edəcək “Sabah” və “Qəbələ” klubunun rəsmiləri İsveçrəyə yola düşüb.

Belə ki, “Sabah”ı klubun prezidenti Maqsud Adıgözəlov təmsil edəcək. “Qəbələ”nin səlahiyyətli nümayəndəsi isə idman direktoru Nail Kərimov olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti