Mahiri "Dinamo"nun düşərgəsində nə vaxt gözləyirlər?

20 İyun 2023 01:10 Bizimkilər 783
Mahiri "Dinamo"nun düşərgəsində nə vaxt gözləyirlər?

Mahir Emrelinin "Dinamo"nun düşərgəsinə qoşulacağı tarix bəlli olub.

Sportinfo.az xəbər verir ki, Zaqreb təmsilçisi bu gün yeni mövsümün hazırlığına start verib.

Mahir Emreli isə millimizin Avro-2024-ün seçmə mərhələsində Estoniya ilə oyunu ilə əlaqədar Zaqreb klubunun təlim-məşq toplanışına iyunun 25-də qoşulacaq.

Mahir Emreli son mövsümün ikinci yarısını icarə əsasında "Konyaspor"da keçirib.

"Dinamo"nun baş məşqçisi İqor Bişçan 26 yaşlı hücumçunun performansını izlədikdən sonra onunla bağlı qərarını verəcək.

Digər Xəbərlər
Xəbər Lenti