Mahir Emreli: "QAYITMALIYAM"

18 İyun 2023 09:00 Bizimkilər 3 126
Mahir Emreli: "QAYITMALIYAM"

Millimizin hücumçusu Mahir Emreli gələcək karyersı ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə aşağıdakıldarı söyləyib:

"Zaqreb "Dinamo" su ilə 2026-cı ilədək müqaviləm var. Təbii ki, ora qayıtmalıyam.

Mənim üçün çətin mövsüm oldu. Az oynadım, az qol vurdum.

"Dinamo"nun baş məşqçisi ilə də görüşəcəm. Vəziyyəti dəyərləndirib qərar verəcəyik".

Mahir başqa klublarla danışıqlar aparıb-aparmaması ilə bağlı suala cavab olaraq bildirib ki, bununla meneceri məşğuldur.

Mahir Emreli son olaraq icarə əsasında "Konyaspor"da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"