Azərbaycanlı futbolçunun komandası Premyer Liqadan düşdü

16 İyun 2023 01:00 Bizimkilər 793
Azərbaycanlı futbolçunun komandası Premyer Liqadan düşdü

Azərbaycanın U-21 yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi "İnqulets" Ukrayna Premyer Liqasındakı yerini itirib.

Sportinfo.az xəbər verir ki, Nağıyevin komandası "LNZ Çerkassı" ilə pley-off görüşlərindən məğlub ayrılıb.

İlk görüşdə evdə rəqibi ilə 0:0 oynayan "İnqulets" səfərdə 1:2 uduzaraq Premyer Liqadan düşüb.

Bu komanda yeni sezondan birinci divizionda oynayacaq. Nağıyev cəzalı olduğu üçün pley-off görüşlərində iştirak etməyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"