"Hamıya pul ayırırsız, qazilərə də “1 abbası” verilsin”

15 İyun 2023 16:30 Bizimkilər 892
"Hamıya pul ayırırsız, qazilərə də “1 abbası” verilsin”

“Qazilərə verilən müavinətlərin məbləğinin artırılması məqsədəuyğun olardı”.

Bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin iclasında bildirib.

O, parlamentin iclasında iştirak edən maliyyə naziri Samir Şərifova üz tutub: “Hörmətli Samir müəllim, baxırıq ki, hamıya pul ayırırsınız. Həmişə müdafiə etdiyim qazilərə də "1 abbası" verilməsini xahiş edirəm. Onların müavinətləri də qalıb. İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Qaziləri bununla sevindirmək olar”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"