“Bu, tərəfsizliyə dair iddia ilə aşkar ziddiyyət təşkil edir”

15 İyun 2023 08:10 Bizimkilər 586
“Bu, tərəfsizliyə dair iddia ilə aşkar ziddiyyət təşkil edir”

“Bu, tərəfsizliyə dair iddia ilə aşkar ziddiyyət təşkil edir”.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında qeyd edib.

O, Fransa xarici işlər naziri Katrin Kollonanın bəyanatına münasibət bildirib.

“Görünür, Fransanın xarici işlər nazirinin “blokada” ilə bağlı bəyanatında Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətdə sərbəst gediş-gəlişinə məqsədyönlü şəkildə göz yumulur. Bu, tərəfsizliyə dair iddia ilə aşkar ziddiyyət təşkil edir", - deyə Ayxan Hacızadə vurğulayıb.

Katrin Kolonan Azərbaycanın Qarabağ regionundakı ermənilərin hər iki istiqamətdə sərbəst hərəkətinə məqsədyönlü şəkildə göz yumduğunu qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"