“Azad edilmiş torpaqlarda Qarabağ Universiteti tikiləcək”

30 Sentyabr 2022 18:30 Bizimkilər 764
“Azad edilmiş torpaqlarda Qarabağ Universiteti tikiləcək”

“Azad edilmiş torpaqlarımızda müasir tələblərə cavab verən məktəblərin təməli qoyulub. Eyni zamanda Qarabağ Universiteti də tikiləcək”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, təhsil və elm komitəsinin üzvü Bəxtiyar Əliyev deyib.

Deputat bildirib ki, “Gömrük Tarifi haqqında” qanuna əsasən, ölkəyə təhsil məqsədilə idxal olunan məhsullar 2 il müddətinə gömrük rüsumundan azad olunur:

“Bu, çox az müddətdir. Ya bu müddət artırılmalı, ya da azad olunmuş ərazilərdə məktəblər tikildiyi üçün bu qanuna yenidən baxılmalıdır. Çünki azad olunmuş ərazilərdə tikilən məktəblərin müasir avadanlıqlarla təmin edilməsi çox önəmlidir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 18:10 Çək və bizə göndər!
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan
10 Fevral 07:30 GÜNDƏM - Maaşlar artacaq